Rubiodan Netanyahunun Qəzza planına REAKSİYA

Hazırda oxunan: Rubiodan Netanyahunun Qəzza planına REAKSİYA

616876

ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı ərazisinin 70%-nə nəzarəti ələ keçirmək planını dəstəkləmədiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, Konqresdəki dinləmələr zamanı Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Rouz DeLauro Rubiodan ABŞ-ın Netanyahunun HƏMAS-ı tamamilə məhv etmək üçün Qəzzanın böyük hissəsini ələ keçirmək niyyətinə münasibətini soruşub.

Rubio cavabında bildirib ki, bu növ təşəbbüs prezident Donald Trampın İsrail və HƏMAS arasındakı münaqişəyə son qoymağı hədəfləyən 20 bəndlik planına daxil deyil.

"Bizim planımız var və bu plan sözügedən addımı nəzərdə tutmur", — deyə Rubio vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun son məqsədi Qəzzada HƏMAS ilə əlaqəsi olmayan bir hakimiyyətin qurulmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin