İran ABŞ-ın Yaxın Şərqdəki hədəflərinə zərbə endirdi - VİDEO

Hazırda oxunan: İran ABŞ-ın Yaxın Şərqdəki hədəflərinə zərbə endirdi - VİDEO

616867

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumlarına cavab olaraq Yaxın Şərqdəki bəzi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

İran tərəfi Qəşm adasına və İranla əlaqəli tankerlərdən birinə endirilən zərbələrə cavab olaraq ABŞ-lə əlaqələndirilən “Panaya” ticarət gəmisinə raket hücumu həyata keçirib. Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanlıq mərkəzi və Yaxın Şərq ölkələrindən birində yerləşən Amerika hərbi bazasının da hədəf alındığı bildirilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Qəşm adasına və Xark adasına istiqamətlənən İranla əlaqəli tankerə zərbələr endirildiyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin