Rusiya Prezidenti Vladimir Putin iyunun 4-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, görüş Rusiyanın daxili və xarici siyasətinin aktual məsələlərinə, eləcə də beynəlxalq gündəmdə yer alan əsas hadisələrə həsr olunacaq.
Ənənəvi olaraq, forum çərçivəsində keçirilən bu tədbir TASS agentliyi tərəfindən təşkil olunur. Rusiya Prezidentinin dünyanın aparıcı media qurumlarının rəhbərləri ilə builki görüşü yubiley xarakteri daşıyacaq və 10-cu dəfə keçiriləcək.
Bu il forumda 100-dən çox dövlətdən təxminən 20 min nümayəndənin iştirak edəcəyi gözlənilir.
Bizim.Media





































































































