Rusiyanın Neva çayında üzən restoran batır - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyanın Neva çayında üzən restoran batır - FOTO/VİDEO

616769

Rusiyanın Sankt-Peterburq şəhərində Neva çayında “Gümüş balina” restoranı batmağa başlayıb.

Bu barədə Sankt-Peterburqun Nevski rayon administrasiyasının mətbuat xidməti xəbər verib.

Ehtimal olunur ki, hadisəyə səbəb gəminin gövdəsində sızma olub.

İlkin məlumatlara görə, zərərçəkən yoxdur, hadisə yerində təcili xidmətlər işləyir.

Regional Prokurorluqda üzən “Gümüş balina” obyekti ilə bağlı fakt üzrə “su nəqliyyatının istismarı zamanı təhlükəsizlik standartlarının yerinə yetirilməsi”nə dair yoxlama təşkil edilib. Mənbələrə görə, restoran təyinatı üzrə işləməyib.

 

Mənbə: TASS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin