Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə KEÇİR

Hazırda oxunan: Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə KEÇİR

622193

İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır.

Bizim.Media xəbər verir ki, xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.
 

Qeyd edək ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.


Xətt üzrə davamlı monitorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.

Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.

Bu linkə keçid edərək yay qrafiki üzrə “Xocəsən” stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin