Ərdoğanın 10-cu nəvəsi doğuldu

Hazırda oxunan: Ərdoğanın 10-cu nəvəsi doğuldu

616657

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğanın 10-cu nəvəsi doğulub.

Bizim.Media xəbər verir ki, prezidentin qızı Sümeyye Ərdoğan Bayraktar və həyat yoldaşı Selçuk Bayraktar üçüncü övladlarını qucaqlarına alıblar.

Ərdoğan yeni doğulan nəvəsini görmək üçün xəstəxanaya baş çəkib. O, burada qızı və körpənin səhhəti ilə maraqlanıb, Bayraktar ailəsini təbrik edib.

Prezidentin xəstəxana ziyarətində həyat yoldaşı Emine Ərdoğan da onu müşayiət edib.

Qeyd edək ki, Sümeyye Ərdoğan Bayraktar və Selçuk Bayraktar cütlüyünün ilk övladı 2017-ci ildə dünyaya gəlib. Onların ikinci övladı isə 2024-cü ildə anadan olub. Yeni doğulan körpə ailənin üçüncü övladıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin