Vuçiç yenidən prezidentliyə namizəd olmayacağını açıqladı

Hazırda oxunan: Vuçiç yenidən prezidentliyə namizəd olmayacağını açıqladı

616544

Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti müddətə dövlət başçısı postuna namizədliyini irəli sürməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Serbiya dövlət qaz şirkəti "Srbijagas"ın Müşahidə Şurasının sədri, keçmiş Baş nazirin müavini Aleksandar Vulin məlumat verib.

A.Vulin, Vuçiçin istefa ilə bağlı sözlərinin yenidən namizəd olmaq niyyəti daşıyıb-daşımadığı barədə suala belə cavab verib:

"Xeyr. Prezident Vuçiç konstitusiyaya sadiq liderdir və bizim konstitusiyamıza görə, yalnız iki müddətə prezident olmaq mümkündür. O, heç vaxt konstitusiyanı pozmur və bu cür addımlar atmır. Ona görə də xeyr. Lakin mən tamamilə əminəm ki, prezident Vuçiç Serbiyanın yeni siyasi həyatının bir parçası olaraq qalacaq və siyasətlə məşğul olmağa davam edəcək".
 

Xatırladaq ki, daha əvvəl Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq istefa verə biləcəyini bəyan etmişdi.


O, ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib. 2022-ci ildə isə ikinci müddətə yenidən dövlət başçısı postuna layiq görülüb. Vuçiçin prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin