Ramzan Kadırovun oğluna növbəti medal verildi

Hazırda oxunan: Ramzan Kadırovun oğluna növbəti medal verildi

616387

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırova "Xüsusi hərbi əməliyyatın keçirilməsinə verilən töhfəyə görə" medalı təqdim edilib.

Bizim.Media xəbər verir ki, mükafatı Rusiya Qvardiyasının ("Rosqvardiya") Xüsusi Təyinatlı Mərkəzinin rəhbəri Pavel Kozayev təqdim edib.

Bu barədə Çeçenistan hökumətinin vitse-prezidenti, regional milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz "Telegram" kanalında məlumat yayıb:

"Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Təhlükəsizlik Şurasının katibi, əziz qardaşımız Adam Kadırovu "Xüsusi hərbi əməliyyatın keçirilməsinə verilən töhfəyə görə" medalı ilə təltif olunması münasibətilə təbrik edirəm. General-mayor Pavel Kozayev tərəfindən təqdim edilən bu yüksək mükafat Adam Ramzanoviçin təhlükəsizliyin təmin olunmasına və xüsusi hərbi əməliyyata verdiyi dəstəyin layiqli etirafıdır".

Nazir, həmçinin qeyd edib ki, Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlılar Universitetinin kuratoru olan A.Kadırov Vətən müdafiəçilərinin hazırlanmasında mühüm rol oynayan bu mərkəzin inkişafında aktiv iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin