Babiş Aİ-ni tənəzzül dövrünün Roma İmperiyası ilə müqayisə etdi

Hazırda oxunan: Babiş Aİ-ni tənəzzül dövrünün Roma İmperiyası ilə müqayisə etdi

616331

Avropa İttifaqı tənəzzül dövrünü yaşayan Roma İmperiyasının yolunu təkrar edir.

Bizim.Media xəbər verir ki, Çexiyanın Baş naziri Andrey Babiş "Financial Times" (FT) qəzetinə verdiyi müsahibəsində bu fikri səsləndirib. 

"Aİ hazırda, çox güman ki, Roma İmperiyasının öz mövcudluğunun sonundakı yolu ilə gedir", – deyə nəşr onun sözlərindən sitat gətirib.
 

Babiş həmçinin Brüsselin dekarbonizasiya (karbonsuzlaşdırma) sahəsindəki siyasətini də tənqid edib. O bəyan edib ki, bu növ tədbirlər Avropa iqtisadiyyatını sarsıdır və onu daha da pisləşməyə doğru aparır.


Bundan əlavə, Baş nazir qeyd edib ki, onun hökuməti sələfinin kabinetindən qalan büdcə kəsirinin azaldılması üzərində işləmək məcburiyyətindədir. 2026-cı il üçün müdafiə büdcəsi layihəsində bu xərclərin ÜDM-in 2,1%-i səviyyəsində olması nəzərdə tutulub. Lakin bura bir magistral yolun tikintisi də daxildir ki, bu layihə çox güman ki, NATO standartlarına uyğun olaraq müdafiə xərcləri kimi qəbul edilməyəcək.

Baş nazir Çexiyanın alyansın müəyyən etdiyi hədəf göstəricini yerinə yetirməyən azsaylı ölkələr sırasında olacağını da etiraf edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin