Bu dəfə Peskov Ermənistanı HƏDƏF ALDI – “Avrointeqrasiya istəyirlərsə...”

Hazırda oxunan: Bu dəfə Peskov Ermənistanı HƏDƏF ALDI – “Avrointeqrasiya istəyirlərsə...”

616082

“Ermənistanın Avropa İttifaqına yaxınlaşması onun suveren hüququdur, lakin bu proses Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin maliyyə resursları hesabına həyata keçirilməməlidir”.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Avropa İttifaqına inteqrasiya etmək Ermənistanın suveren hüququdur. Amma Ermənistan bunu Avrasiya İqtisadi İttifaqı ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir. Bu prosesi öz hesabına aparmalıdır”, – deyə Kremlin sözçüsü bildirib.
 

Peskovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması davam etdikcə, gec-tez ölkənin qəbul etdiyi norma və qaydalar Avrasiya İqtisadi İttifaqının qaydaları ilə ziddiyyət təşkil edəcək.

 

Xatırladaq ki, daha əvvəl MDB-nin Baş katibi Sergey Lebedev Ermənistanın Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (AVROAİİ / EAEU) arasında seçim etməsi məsələsinin prinsipial xarakter daşıdığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin