Dünyanın ən bahalı ölkəsi açıqlandı – lider dəyişdi

Hazırda oxunan: Dünyanın ən bahalı ölkəsi açıqlandı – lider dəyişdi

616041

İslandiyada turizmin sürətli artımı ölkədə yaşayış xərclərinin kəskin bahalaşmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, Bloomberg-in məlumatına görə, İslandiya yaşayış dəyərinə görə dünyanın ən bahalı ölkəsinə çevrilib və bu göstəricidə İsveçrəni geridə qoyub.

Paylaşılan statistikada İslandiya 100 balla ilk sırada göstərilir. İsveçrə 97 balla ikinci, Lüksemburq 80 balla üçüncü, Norveç 79 balla dördüncü yerdə qərarlaşıb. Siyahıda ABŞ və İrlandiya 77 balla, Danimarka isə 75 balla yer alıb.
 

Bildirilir ki, buna əsas səbəb pandemiyadan sonra ölkədə turizmin kəskin artması olub. Turizm sektoru İslandiya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilsə də, turist axını mənzil, xidmət və gündəlik xərclərin bahalaşmasına səbəb olub.


Məlumata görə, ölkədə kirayə qiymətləri, restoran xidmətləri və gündəlik istehlak məhsullarının dəyəri son illərdə ciddi şəkildə artıb. Bloomberg qeyd edir ki, turizmin sürətli inkişafı iqtisadi artımı gücləndirsə də, yaşayış xərclərinin yüksəlməsini də sürətləndirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin