Trampdan İrana növbəti XƏBƏRDARLIQ – “Yenidən başlaya bilərik” – VİDEO

Hazırda oxunan: Trampdan İrana növbəti XƏBƏRDARLIQ – “Yenidən başlaya bilərik” – VİDEO

616000

“İranla aparılan danışıqlar Vaşinqton üçün əlverişsiz razılaşma ilə nəticələnsə, ABŞ yenidən hərbi əməliyyatlara qayıda bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Tehran çox yaxşı və hiyləgər danışıq aparan tərəf kimi çıxış edir.

Bununla belə, o vurğulayıb ki, bütün üstünlüklər Vaşinqtonun əlindədir.

ABŞ lideri qeyd edib ki, bunun səbəbi ABŞ-ın İran üzərində hərbi baxımdan üstünlük qazanmasıdır.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey.Di. Vens İranla razılaşmanın yaxın olduğunu açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin