Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkə hesabında paylaşım edib.
Macarıstan rəsmisi NATO-nun Baş katibi Mark Rutte ilə görüşü ilə bağlı paylaşımında Ukraynaya dəstəyi ilə bağlı açıqlama verib.
Beləliklə, o, bir daha təsdiqləyib ki, bu məsələdə Viktor Orban hökumətinin əvvəlki mövqeyi dəyişməz qalacaq.

Bizim.Media


































































































