Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək

Hazırda oxunan: Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək

615809

Ermənistan ərazisindən tranzit qaz kəməri çəkiləcək və bu, ölkənin tranzit müqabilində qaz almasına imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçicilərlə görüşündə bildirib. 

“Artıq tək yola, tək müttəfiqə və ya tək boru kəmərinə etibar etməyəcəyik. “Bu gün artıq Qərbdən Şərqə dəmir yolumuz var. Qaz kəməri Ermənistandan keçəcək və bu tranzit vasitəsilə öz qazımız olacaq, çünki tranzit üçün bizə qaz ödəniləcək”, - deyə Ermənistanın Baş naziri Kotayk bölgəsində keçirilən seçkiqabağı mitinqdə bildirib. 

Mitinq yerli televiziya kanalları tərəfindən yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin