Pit Heqset: ABŞ işi hərbi yolla “sona çatdırmağa” hazırdır

Hazırda oxunan: Pit Heqset: ABŞ işi hərbi yolla “sona çatdırmağa” hazırdır

615805

Diplomatik səylər Tehranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verən sazişlə nəticələnməsə, Amerika Birləşmiş Ştatları işi "sona çatdırmağa" tam hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset bəyan edib.

"Beləliklə, ya danışıqlar aparan tərəfimiz onların heç vaxt nüvə silahına sahib olmayacağına dair qəti zəmanətlər əldə edəcək, ya da biz müdafiə rəhbərliyinə qayıdıb bu işi hərbi yolla tamamlamalı olacağıq – biz hər iki ssenariyə hazırıq", – deyə Heqset Ağ Evdə keçirilən Nazirlər Kabinetinin aylıq iclasında vurğulayıb.
 

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ tərəfindən tətbiq edilən sərt dəniz və iqtisadi blokada İran limanlarını tamamilə iflic edib və məhz bu kütləvi hərbi təzyiq Tehranı danışıqlar masasına oturmağa məcbur edib.


"Bu müddət ərzində biz dünya səviyyəli blokada qurmuşuq. Onlar İran limanlarına nə bir şey gətirə, nə də oradan çıxara bilirlər. Kəşfiyyat məlumatlarından aydın şəkildə bilirik ki, onların iqtisadiyyatı nəhəng itkilər verir, çünki bu dəniz arteriyaları onların əsas həyat mənbəyidir", – deyə Heqset bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin