İsveçdə yaxın qohumlar arasında nikahları qadağan edən qanun qəbul olundu
İsveç parlamenti xalaqızı-xalaoğlu, əmioğlu-əmiqızı, dayıoğlu-dayıqızı və bibioğlu-bibiqızı (əmiuşaqları/dayıuşaqları) da daxil olmaqla, yaxın qohumlar arasında nikahları qadağan edən qanunu yekdilliklə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sweden Herald" nəşri məlumat yayıb.
Yeni qaydalara əsasən, bacıoğlu/qardaşoğlu ilə xala/bibi və ya dayı/əmi arasındakı nikahlar, həmçinin ögey bacı-qardaşlar arasındakı evliliklər də qadağan ediləcək.
Məhdudiyyətlər övladlığa götürülmədən sonra qohum olan şəxslərə də şamil olunacaq.
Qanun 1 iyul 2026-cı il tarixdən qüvvəyə minəcək. Bu tarixdən sonra İsveç, hətta ölkə hüdudlarından kənarda rəsmi şəkildə bağlanmış olsa belə, xala/əmi/dayı/bibi uşaqları arasındakı nikahları tanımaqdan imtina edəcək.
Bizim.Media







































































































