ABŞ yaxın saatlarda İranla sazişdə irəliləyiş GÖZLƏYİR

Hazırda oxunan: ABŞ yaxın saatlarda İranla sazişdə irəliləyiş GÖZLƏYİR

615780

ABŞ İranla sazişin bağlanmasında yaxın bir neçə saat və ya gün ərzində irəliləyişin müşahidə olunacağına ümid edir.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən kabinet iclası zamanı bəyan edib.

"Biz bu sazişin bağlanmasını istəyirik. Hesab edirəm ki, müəyyən irəliləyiş və maraq var, ona görə də yaxın bir neçə saat və gün ərzində irəliləyişə nail olub-olmayacağımızı görəcəyik", – deyə o bildirib.
 

Mayın 25-də "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, İran ABŞ ilə münaqişənin nizamlanması çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazırdır.


Məlumata görə, Tehran danışıqların daha da irəliləməsi üçün şərt kimi həmin maddənin Çinə göndərilməsində israr edir. İran tərəfi ilk növbədə Pekindən müvafiq zəmanətlər almağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin