Lavrovun təhdidinə Avropa və ABŞ diplomatlarından REAKSİYA

Hazırda oxunan: Lavrovun təhdidinə Avropa və ABŞ diplomatlarından REAKSİYA

615573

Ukraynanın müttəfiqləri Kremlin növbəti hədələrini görməzdən gəliblər.

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovun telefon zəngindən sonra Ukraynadakı müharibənin artıq bitməli olduğunu bəyan edib.

Məlumata görə, Lavrov zəng zamanı ABŞ-ın diplomatik heyətini və digər vətəndaşlarını Kiyevdən təxliyə etməyi tövsiyə edib:

"Onlar bütün səfirliklərə bildiriş göndəriblər. Düşünürəm ki, o, mənə şəxsən zəng edərək Kiyevin çox təhlükəli bir yerə çevriləcəyini xəbərdar etmək istəyib", — deyə Rubio bildirib. Dövlət katibi Rusiyanın davamlı raket zərbələrinə eyham vuraraq əlavə edib ki, Kiyev artıq neçə ildir ki, onsuz da çox təhlükəli bir yerdir.

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Meternova da analoji mövqe nümayiş etdirib:

"Rusiya yenidən diplomatları və əcnəbiləri hədələyərək bizi Kiyevi tərk etməyə çağırır. Lakin biz heç yerə getmirik!".

Səfir bu cür təhdidləri gücün deyil, çarəsizliyin əlaməti adlandırıb:

"Kreml nə qədər aqressiv və təhdid dolu davranırsa, bir o qədər aydın olur ki, Putin rejimi Ukraynanın dözümlülüyünü və tərəfdaşlarının dəstəyini qıra bilməyəcəyini anlayır. Kiyev dözəcək, Ukrayna tab gətirəcək, biz də həmçinin".

K.Metexport Lavrovun və Rusiya XİN-in Vladimir Putinin əmrinə əsasən Kiyevə "sistemli və ardıcıl zərbələr" endiriləcəyi barədə bəyanatını "ikiüzlülüyün şah əsəri" adlandırıb:

"İllərdir yaşayış binalarını, muzeyləri, doğum evlərini, məktəbləri və elektrik stansiyalarını bombalayan bir rejim, indi qəfildən “beynəlxalq humanitar hüquq” və “Cenevrə konvensiyaları” dilində danışmağa başlayıb. Hər gecə dinc sakinləri raket və dronlarla vuran rejim, indi digərlərinə uzaq durmağı xəbərdar edir. Biz bunun nə anlama gəldiyini çox yaxşı bilirik. Rusiya qorxu, panika və Ukraynanın izolyasiyasını istəyir. Lakin bu, işə yaramayacaq".
 

Kiyevdəki dinc sakinlərə və diplomatik missiyalara qarşı yönələn bu terror dalğasına Polşanın Ukraynadakı səfirliyi də reaksiya verib. Səfirlik bəyan edib ki, Kreml hərbi yolla nail ola bilmədiyi siyasi hədəflərinə bu üsulla çatmağa çalışır.


Fransanın Ukraynadakı səfirliyi isə Rusiya XİN-in təhdidlərinin "Rusiyanın işğalçılıq müharibəsinin sürətlə dalana dirənməsinin göstəricisi" olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin