ABŞ yenidən İrana zərbələr endirdi – Ölənlər var – FOTO

Hazırda oxunan: ABŞ yenidən İrana zərbələr endirdi – Ölənlər var – FOTO

615427

Mayın 26-na keçən gecə ABŞ hərbçiləri “özünümüdafiə məqsədilə” İranın cənubunda yerləşən raket qurğularına və İran katerlərinə zərbələr endirib.

Bizim.Media “Fox News”a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins məlumat verib.
 

ABŞ hərbi qüvvələrinin açıqlamasında bildirilib ki, zərbələr İran qüvvələrindən gələn təhdidlərdən Amerika hərbçilərini qorumaq məqsədi daşıyıb. Hədəflər arasında raket buraxılış qurğuları və Hörmüz boğazında mina yerləşdirməyə cəhd edən İran katerləri olub.


Kapitan Hokins qeyd edib ki, ABŞ İranla atəşkəs rejimi çərçivəsində “təmkini qorumaqda davam edir”.

Yüksəkvəzifəli amerikalı rəsminin “Fox News”a verdiyi məlumata görə, ABŞ hərbçiləri Hörmüz boğazında mina yerləşdirməyə çalışan İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus iki gəmini məhv edib. Bundan əlavə, İranın Bəndər-Abbas limanında yerləşən zenit-raket kompleksi də vurulub. Bildirilib ki, həmin sistem ABŞ hərbi təyyarələrini hədəfə almışdı.

İranın “Tasnim” agentliyinin mənbələrinin məlumatına görə, Bəndər-Abbas şəhərində üç partlayış səsi eşidilib. Partlayışların səbəbi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

İslam İnqilabı Keşikçiləri Korpusu yaxınlıqdakı hava limanı ətrafında da partlayış səslərinin eşidildiyini bildirib. Məlumata əsasən, İranın hava hücumundan müdafiə sistemi “düşmən hədəflərinə qarşı” aktivləşdirilib.
 

İranın dövlət agentliyi IRNA da gecə saatlarında Bəndər-Abbasda ardıcıl bir neçə partlayışın baş verdiyini yazıb. “Fars News” agentliyi isə şahidlərə istinadən oxşar səslərin Fars körfəzi yaxınlığında yerləşən Sirik və Cask bölgələrində də qeydə alındığını bildirib.


Hücum nəticəsində bir neçə İran hərbçisinin öldüyü bildirilir.

Qeyd edək ki, İranın cənubunda yerləşən və ölkənin əsas hərbi-dəniz və hərbi-hava bazalarından birinin yerləşdiyi Bəndər-Abbas şəhəri Hörmüz boğazı boyunca strateji əhəmiyyətə malikdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin