ABŞ Prezidenti Donald Trampın İranla razılaşmaya nail olunduğunu elan etməsindən cəmi 24 saat sonra Vaşinqton əsas qarşılıqlı razılaşmalardan geri çəkilir.
Bizim.Media xəbər verir ki, “Əl-Cəzirə” telekanalı bu barədə vəziyyətlə tanış olan İran rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ iki əsas məsələdə geri çəkilməyə başlayıb. Onlardan biri dondurulmuş İran aktivlərinin qaytarılması, digəri isə Livanda atəşkəs rejimi ilə bağlıdır.
Bildirilir ki, layihə sənədində Livanda atəşkəs barədə çərçivə sazişi olsa da, İsrail istənilən təhdidə cavab vermək bəhanəsi ilə bu ölkədə hərbi əməliyyatlar aparmasına icazə verən müddəaların daxil edilməsində israrlıdır.
Tehran isə öz növbəsində Vaşinqtonun əvvəllər əldə edilmiş qarşılıqlı razılaşmalardan yayınacağı təqdirdə müqaviləni imzalamayacağını bir daha vurğulayıb.
Xatırladaq ki, Tramp ünən İran və ABŞ arasında demək olar ki, razılıq əldə olunduğunu bildirmişdi.
Qeyd edək ki, “Axios” nəşri yekun sənədin mətnini dərc edib. Həmin sənəddə atəşkəsin uzadılması, sanksiyaların yumşaldılması, nüvə öhdəlikləri kimi məqamlar öz əksini tapıb.
Bizim.Media

































































































