Paşinyan Tsarukyanı hədələdi: “Onun bütün evlərini əlindən alacağıq”

Hazırda oxunan: Paşinyan Tsarukyanı hədələdi: “Onun bütün evlərini əlindən alacağıq”

615122

Ermənistanın Baş naziri Nikol Paşinyan Artik şəhərində keçirdiyi görüşdə növbəti dəfə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının (ÇEP) lideri, oliqarx Qaqik Tsarukyanı hədəf alıb.

Bizim.Media xəbər verir ki, mülkiyyətin müsadirə olunacağı ilə bağlı sərt mesajlar verən Paşinyan bu ifadələri işlədib:
 

"Ermənistan mövcud olduqca, biz Qaqik Tsarukyanın bütün evlərini onun əlindən alacağıq. 2031-ci ilə qədər Qaqik Tsarukyanın dağın zirvəsində yerləşən malikanəsi qocalar üçün qulluq mərkəzinə çevrilməlidir. Necə ki, tezliklə onun kürəkəninin evi də eyni aqibəti yaşayacaq".


Qeyd edək ki, Ermənistanda qanunsuz yollarla əldə edilmiş mülklərin müsadirə olunması qanunvericiliyi çərçivəsində ölkənin ən varlı şəxslərindən sayılan Qaqik Tsarukyan və onun yaxın çevrəsinin aktivləri, o cümlədən dəbdəbəli imarətləri uzun müddətdir ki, məhkəmə və istintaqın araşdırma mövzusudur. Paşinyan bu addımlarla həmin mülklərin sosial obyektlərə çevriləcəyini vəd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin