Zelenski Putini “qoca” adlandırdı: “Bu terror aktı cavabsız qalmayacaq” - VİDEO

Hazırda oxunan: Zelenski Putini “qoca” adlandırdı: “Bu terror aktı cavabsız qalmayacaq” - VİDEO

615094

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu gecə endirdiyi kütləvi raket zərbələrinə və Vladimir Putinin ritorikasına sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, Zelenski Rusiya liderinin fiziki vəziyyətinə eyham vuraraq, onun dinc sakinləri hədəf almağa davam etdiyini vurğulayıb:

"Putin artıq “ura” sözünü də normal tələffüz edə bilmir, gəvəzələyir, amma hələ də öz raketləri ilə yaşayış binalarını dağıdır".

Ukrayna dövlət başçısı gecə saatlarında baş verən hücumun mülki infrastruktura vurduğu ziyanın miqyasını açıqlayıb. O, Rusiyanın hərbi hədəfləri deyil, dinc obyektləri atəşə tutduğunu bildirib:

"Üç Rusiya raketi su təchizatı obyektinə zərbə endirib, bazarı yandırıb, onlarla yaşayış binasına və bir neçə adi məktəbə ziyan vurub".

Prezident Rusiyanın Belaya Tserkov şəhərinə "Oreşnik" ballistik raketləri ilə zərbə endirdiyini təsdiqləyib: "Öz “oreşnik”ini Belaya Tserkova buraxdı. Real olaraq qeyri-adekvatdırlar".

Zelenski bu terror aktının cavabsız qalmaması üçün tərəfdaş ölkələri daha ciddi addımlar atmağa çağırıb:

"Bu hadisənin Rusiya üçün nəticəsiz qalmaması olduqca vacibdir. Moskvadakı bu qocanın “oreşnik” sözünün nəhayət “sülh” sözü ilə əvəz etməsi üçün həm Amerika Birləşmiş Ştatları, həm Avropa, həm də digər ölkələr tərəfindən qətiyyətli qərarların qəbul edilməsinə ehtiyac var", — deyə Ukrayna Prezidenti bəyan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin