Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) yaydığı son məlumata görə, Rusiya Silahlı Qüvvələrinin paytaxta təşkil etdiyi gecə hücumu nəticəsində xəsarət alan dinc sakinlərin sayı 62 nəfərə yüksəlib.
Bizim.Media xəbər verir ki, yaralıların böyük qismi partlayış dalğası və şüşə qırıntılarının dəyməsi nəticəsində xəsarət alıb.
Hadisə yerlərində xilasedicilər və tibb işçiləri fəaliyyətini davam etdirir.
Ümumilikdə isə bu gecə Ukrayna ərazisinə endirilən kütləvi raket və PUA zərbələri nəticəsində ölkə üzrə yaralanan mülki şəxslərin sayının 80-i keçdiyi bildirilir. Hücumun fəsadlarının aradan qaldırılması və dəqiq zərərçəkən sayının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:20 / 24.05.2026
Kiyevdə yaralıların sayı 62-yə çatdı
Hazırda oxunan: Kiyevdə yaralıların sayı 62-yə çatdı
Hazırda oxunan: Kiyevdə yaralıların sayı 62-yə çatdı
615093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































