Kiyevdə hərbi zavod əvəzinə ticarət mərkəzi vurulub - YENİ DETALLAR - VİDEO

Hazırda oxunan: Kiyevdə hərbi zavod əvəzinə ticarət mərkəzi vurulub - YENİ DETALLAR - VİDEO

615078

Kiyevə endirilən kütləvi zərbələr zamanı paytaxtdakı hərbi obyektlərə cəmi 10 dəqiqə ərzində 15-ə yaxın ballistik raket zərbəsi endirilib.

Bizim.Media xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, şəhərin müxtəlif rayonlarında ümumilikdə 20-yə yaxın partlayış səsi eşidilib.

Hadisə fonunda Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

Ukrayna KİV-i kütləvi hücum zamanı Kiyevdəki hərbi obyektlərə zərbələrin "Oreşnik" raketləri ilə endirildiyini yazır.

Paytaxtdan 80 kilometr məsafədə yerləşən hərbi obyektlərin, o cümlədən aerodromun olduğu Belaya Tserkov rayonunda güclü partlayışlar qeydə alınıb. Videogörüntülərə əsasən, əraziyə hər birində 6 sub-sursat olan 6 blokun (ümumilikdə 36 raket başlığı bloku) düşdüyü təxmin edilir.

Məlumata görə, əsas hədəf Ukraynanın "Artyom" hərbi zavodu olub. Lakin zərbə zavoddan təxminən 250 metr aralıda, "Lukyanovskaya" metro stansiyasının yaxınlığında yerləşən "Kvadrat" ticarət mərkəzinə dəyib.

Hadisə nəticəsində yaxınlıqdakı bazar tamamilə yanıb, ətrafdakı yaşayış binalarına ciddi ziyan dəyib.

Arayış: "Artyom" zavodu R-27, R-27E tipli orta mənzilli idarəolunan aviasiya raketləri, RS-80 idarəolunmayan aviasiya raketləri, həmçinin tank əleyhinə idarəolunan raketlər istehsal və ixrac edir.

Bundan əlavə, Belaya Tserkov rayonunda Ukrayna Silahlı Qüvvələrinin təchizatında mühüm rol oynayan nəqliyyat qovşaqları, Belaya Tserkov İES-i (İstilik Elektrik Stansiyası) və yük aviasiya kompleksinin yerləşdiyi ərazilərdə də güclü partlayışlar baş verib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin