Ağ Evin yaxınlığındakı atışmada jurnalist qaçaraq gizlənməyə çalışıb - FOTO-VİDEO

Hazırda oxunan: Ağ Evin yaxınlığındakı atışmada jurnalist qaçaraq gizlənməyə çalışıb - FOTO-VİDEO

615076

Ağ Evin yaxınlığındakı atışma səsləri ABC telekanalının müxbiri Selina Vanın videosuna düşüb.

Bizim.Media xəbər verir ki, kadrlarda jurnalistin atəş xəttindən qaçaraq gizlənməyə çalışdığı görünür.

Atışmanı törədən şəxsin 21 yaşlı Nasir Best olduğu müəyyən edilib. O, hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib və aparıldığı xəstəxanada dünyasını dəyişib.

ABŞ mediasının yaydığı məlumata görə, psixi problemləri olan həmin şəxs özünü İsa peyğəmbər (Xristos) hesab edirmiş.

Qeyd olunur ki, o, daha əvvəl də təhdidlər və qanunsuz daxilolma cəhdlərinə görə ABŞ Məxfi Xidməti tərəfindən saxlanılıb.

Xatırladaq ki, atışma zamanı ərazidə olan 2 nəfər yaralanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin