Ağ Evin yaxınlığında atəş açan şəxs öldürüldü– YENİLƏNİB

Hazırda oxunan: Ağ Evin yaxınlığında atəş açan şəxs öldürüldü– YENİLƏNİB

615059

Amerika Birləşmiş Ştatlarında Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Həmin şəxsin 21 yaşlı Nasire Best olduğu bildirilir.

O, hadisə zamanı ağır yaralanıb və xəstəxanada həyatını itirib.

03:44

Amerika Birləşmiş Ştatlarında Ağ Ev istiqamətində atəş açan şəxs zərərsizləşdilib.

Bizim.Media xəbər verir ki, həmin şəxs əraziyə tapança ilə yaxınlaşıb və 3 dəfə atəş açıb.

Bundan sonra Məxfi Xidmətin əməkdaşları cavab atəşi açaraq, silahlını zərərsizləşdiriblər.

Hadisə zamanı 1 mülki şəxsin xəsarət aldığı bildirilir.

Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

02:41

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin yaxınlığında atışma səsləri eşidilib.

Bizim.Media xəbər verir ki, 30-a yaxın atəşin açıldığı deyilir.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə olduğu bildirilir.

Məxfi Xidmət əməkdaşları Şimal Çəmənliyindəki jurnalistləri brifinq otağına köçürüblər.

Hadisənin detalları hələlik məlum deyil.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin