Mayın 22-də Macarıstanın rəsmi qəzetində hökumətin Ukraynadan daxil olan bəzi kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı tədbirlər haqqında qərarı dərc edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.
Qaydalara əsasən, idxal qadağası mal əti, donuz əti, qoyun və keçi əti, quş əti, yumurta, bal, tərəvəz, taxıl, un, bitki yağı və şəraba şamil edilib.
İdxal qadağası Macarıstandan tranzit keçən mallara şamil edilmir, lakin bu cür mallar ciddi şərtlərə tabedir.
Qaydalar pozulacağı təqdirdə, daşıyıcı məhsulun ƏDV-siz dəyərinin 100 faizinə qədər məbləğdə cərimələnə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:28 / 23.05.2026
Macarıstan Ukraynadan bu məhsullarının idxalını QADAĞAN etdi
Hazırda oxunan: Macarıstan Ukraynadan bu məhsullarının idxalını QADAĞAN etdi
Hazırda oxunan: Macarıstan Ukraynadan bu məhsullarının idxalını QADAĞAN etdi
614904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































