ABŞ Milli Kəşfiyyatının direktoru həyat yoldaşına görə vəzifəsindən İSTEFA VERDİ

Hazırda oxunan: ABŞ Milli Kəşfiyyatının direktoru həyat yoldaşına görə vəzifəsindən İSTEFA VERDİ

614888

Tulsi Qabbard həyat yoldaşının çox nadir sümük xərçəngi ilə mübarizəsinə dəstək olmaq üçün Milli Kəşfiyyatın direktoru vəzifəsindən istefa verir.

Bizim.Media xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qabbard bu barədə cümə günü Oval kabinetdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampa məlumat verib. Onun qurumdakı son iş gününün 30 iyun olacağı gözlənilir.

"Fox News" telekanalının əldə etdiyi rəsmi istefa ərizəsində Qabbard bunları qeyd edib:

"Mənə göstərdiyiniz etimada və son ilyarım ərzində Milli Kəşfiyyat Direktorunun Ofisinə rəhbərlik etmək imkanına görə dərindən minnətdaram. Təəssüf ki, 30 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək istefa ərizəmi təqdim etməliyəm. Həyat yoldaşım Abrahama bu yaxınlarda çox nadir sümük xərçəngi diaqnozu qoyulub".

Qabbard həmçinin yoldaşının yaxın həftə və aylarda ciddi problemlərlə qarşılaşacağını da bildirib:

"Hazırda onun yanında olmaq və bu mübarizədə onu tam dəstəkləmək üçün dövlət qulluğundan ayrılmalıyam".

Qabbard rəhbərlik etdiyi müddətdə qurumda əhəmiyyətli irəliləyişlərə nail olduğunu, lakin hələ görüləsi vacib işlərin qaldığını etiraf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin