Ölümcül virus üç ölkəyə YAYILDI – Giriş MƏHDUDLAŞDIRILIR

Hazırda oxunan: Ölümcül virus üç ölkəyə YAYILDI – Giriş MƏHDUDLAŞDIRILIR

614707

“Ebola” epidemiyası səbəbindən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi son 21 gün ərzində Konqo Demokratik Respublikasına, Uqandaya və Cənubi Sudana səfər etmiş əcnəbilərin ölkəyə girişini müvəqqəti məhdudlaşdıran qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.

Qərarın dərhal qüvvəyə mindiyi və 30 gün müddətində qüvvədə qalacağı qeyd olunur.

Eyni zamanda bildirilir ki, bu ölkələrdə olmuş ABŞ vətəndaşları və qanuni daimi sakinlər ölkəyə qayıtdıqdan sonra gücləndirilmiş tibbi nəzarətdən keçmək üçün Vaşinqton hava limanına yönləndiriləcəklər.

Qeyd edək ki, ÜST-ün 2 gün əvvəl açıqladığı statistikaya əsasən “Ebola”ya yoluxma şübhəsi olan 500-dən çox hal qeydə alınıb, 130 nəfər isə həyatını itirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin