İran Amerikanın cavabını araşdırır, Tramp isə kəşfiyyat məlumatları toplayır

Hazırda oxunan: İran Amerikanın cavabını araşdırır, Tramp isə kəşfiyyat məlumatları toplayır

614509

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bəyan edib ki, Tehran ABŞ-ın son təkliflərə verdiyi cavabı hazırda nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.

"İranın 14 bənddən ibarət ilkin qətnamə mətninə əsaslanaraq, tərəflər arasında bir neçə dəfə mesaj mübadiləsi aparılıb. Biz Amerika tərəfinin rəylərini almışıq və onları araşdırırıq", — deyə Baqai bildirib. Agentliyin məlumatına görə, Vaşinqton və Tehran atəşkəs sənədinin formalaşdırılması üzrə mesajları Pakistan vasitəsilə ötürürlər.
 

Ağ Evin dərc etdiyi qrafikə əsasən, ABŞ Prezidenti Donald Tramp bu gün (21 may) kəşfiyyat rəsmiləri ilə qapalı görüş keçirəcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq brifinqdən sonra Trampın mətbuat konfransı keçirəcəyi gözlənilir.


Qeyd edək ki, Tramp bir neçə gün əvvəl "Truth Social" şəbəkəsində Vaşinqtonun mayın 19-na planlaşdırdığı İrana qarşı hərbi zərbələrdən Fars körfəzinin üç ölkəsinin (Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər) liderlərinin xahişi ilə imtina etdiyini yazmışdı.

O, Pentaqon rəhbəri Pit Heqsetə zərbəni dayandırmağı, lakin qəbul edilə bilən saziş əldə olunmayacağı təqdirdə İrana qarşı irimiqyaslı hücuma hazır olmağı tapşırıb.

Diplomatik proses çərçivəsində Pakistanın Ordu Qərargah rəisi Asim Munirin xüsusi mesajla bu gün Tehrana gələcəyi bildirilir.

Digər tərəfdən, Ağ Ev aparatının rəhbər müavini Stiven Miller "Fox News" telekanalına müsahibəsində İrana qarşı kəskin xəbərdarlıq səsləndirib:

"İranın qarşısında seçim var: ya Birləşmiş Ştatları qane edən sənədi qəbul etmək, ya da ordumuz tərəfindən müasir tarixdə bənzəri görülməmiş bir cəza ilə üzləşmək". Miller ABŞ-ın nüvə silahlarının yayılmaması prinsipini öz gücü hesabına təmin etdiyini və hər hansı təhdid qarşısında ordunun dərhal hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin