“Ebola”nın simptomları: qızdırma, damaq və burunda qanamalar...

Hazırda oxunan: “Ebola”nın simptomları: qızdırma, damaq və burunda qanamalar...

614444

“Ebola” epidemiyası yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə "lenta.ru"ya həkim-epidemioloq, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Gennadi Onişşenko danışıb.

O qeyd edib ki, sonradan simptomlar daha da ciddiləşir.
 

Mütəxəssis izah edib ki, epidemiyaya yoluxanların təxminən yarısı hemorragik səpkilərdən, həmçinin damaq və burun qanamalarından əziyyət çəkir. O, xəstəliyin inkubasiya dövrünün 2 gündən 21 günədək davam edə biləcəyini xatırladıb.


Onişşenko xəstəliyin təbii ocaqları olan Qərbi Afrika ölkələrinə səyahətlərdən çəkinməyə çağırıb.

Onun sözlərinə görə, infeksiyanı ölkəyə gətirməyin ən asan yolu turist uçuşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin