Ukrayna ABŞ-ın daimi silah və HHM (Hava Hücumundan Müdafiə) sistemlərinin tədarükündən asılıdır.
Bizim.Media "The Guardian"a istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte 21-22 may tarixlərində İsveçdə keçiriləcək NATO ölkələrinin XİN rəhbərlərinin görüşü ərəfəsində, Brüsseldə təşkil olunmuş mətbuat konfransında bildirib.
"Ukrayna ABŞ silahlarının, ilk növbədə PURL proqramı çərçivəsində tədarük edilən raket əleyhinə müdafiə sistemlərinin daimi axını olmadan sağ qala bilməz", — deyə o qeyd edib.
Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini İqor Jovkvanın sözlərinə görə, bu günə qədər Ukrayna üçün PURL dəstək proqramına təxminən 5,5 milyard dollar vəsait cəlb olunub.
Bizim.Media





































































































