İtaliyanın şimalındakı Modena şəhərində avtomobilin saatda 100 km sürətlə piyadaları vurması nəticəsində 7 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, bıçaqla silahlanmış 30 yaşlı Şimali Afrika sakininin saxlanılmasına 4-5 nəfər kömək edib.
Şahidlərin sözlərinə görə, "Citroen C3" markalı avtomobillə hərəkət edən cinayətkar "Via Emilia" küçəsində 10 piyadanı vurub və kimisə ökdürməyi planlaşdırıbmış kimi görünüb.
O, həmçinin onu saxlamaq istəyən insanlardan birini bıçaqla yaralayıb.
Məlumatda qeyd olunur ki, həmin şəxs saxlanılıb və hazırda polis tərəfindən dindirilir.




Bizim.Media

- A-
- A
- A+
Dünya
21:03 / 16.05.2026
İtaliyada silahlı şəxs avtomobili sürətlə insanların üzərinə SÜRDÜ - FOTO- VİDEO
Hazırda oxunan: İtaliyada silahlı şəxs avtomobili sürətlə insanların üzərinə SÜRDÜ - FOTO- VİDEO
Hazırda oxunan: İtaliyada silahlı şəxs avtomobili sürətlə insanların üzərinə SÜRDÜ - FOTO- VİDEO
613576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































