Bu gün dünyada ən çox istifadə olunan “Facebook” sosisal şəbəkəsinin yaradıcısı Mark Zukerberqin 42 yaşı tamam olur.
Bizim.Media bu məşhur proqramist haqqında maraqlı məlumatları təqdim edir:
O, “Facebook” platformasını 2004-cü ildə Harvard yataqxanasında yaradıb və sonradan universiteti yarımçıq qoyub.
23 yaşında dünyanın ən gənc self-made milyarderlərindən biri adını qazanıb.
Mark qırmızı-yaşıl rəng korluğundan əziyyət çəkir. Məhz buna görə “Facebook”un əsas rəngi mavi seçilib, çünki mavi rəngi daha yaxşı görə bilir.
Uzun müddət yalnız özünün ovladığı heyvanların ətini yeyib.
Zukerberq texnologiya ilə yanaşı qədim dillərlə də maraqlanır; latın və qədim yunan dillərini bilir.
2010-cu ildə onun həyatı əsasında The Social Network filmi çəkilib. Film böyük uğur qazanıb, amma Zuckerberg sonradan bəzi səhnələrin şişirdildiyini deyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:10 / 14.05.2026
“Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar
Hazırda oxunan: “Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar
Hazırda oxunan: “Facebook”un niyə əsas rəngi mavidir? – Məşhur platformanın yaradıcısı haqqında maraqlı faktlar
613080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































