Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

Hazırda oxunan: Amerikalı nazir: “İran nüvə silahı əldə etməyə çox yaxındır”

613042

İran İslam Respublikası nüvə silahının yaradılmasına “dəhşətli dərəcədə yaxındır”.

Bizim.Media “İran İnternational”a istinadla xəbər verir ki, bu sözləri ABŞ-nin energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

Rayt bildirib ki, İranın uran ehtiyatlarının bir hissəsi 60 faiz, böyük hissəsi isə 20 faiz səviyyəsinə qədər zənginləşdirilib. O vurğulayıb ki, təxminən 90 faiz zənginləşdirmə səviyyəsi nüvə silahı üçün uyğun sayılır.

Onun sözlərinə görə, İranın təxminən bir ton uranı silah səviyyəsinə qədər zənginləşdirməsi üçün cəmi bir neçə həftə kifayət edə bilər.

Rayt qeyd edib ki, zənginləşdirmədən sonra hələ “silahlanma mərhələsi” qalır, ancaq Tehran həmin mərhələyə də “çox yaxın” vəziyyətdədir. Nazir İranın nüvə proqramının tam dayandırılmasını və gələcəkdə zənginləşdirmənin qarşısının alınmasını “müdrik strategiya” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin