Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Hazırda oxunan: Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

612423

Fransanın səhiyyə naziri Stefani Rist "MV Hondius" kruiz gəmisindən təxliyə edilən Fransa vətəndaşında hantavirusa yoluxma halının təsdiqləndiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o "France Inter"in efirində bildirib.

Nazir qeyd edib ki, Fransaya qayıtdıqdan sonra qadında xəstəlik simptomları yaranıb, aparılan PCR-testləri isə müsbət nəticə verib.

Ristin sözlərinə görə, pasiyent yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Həmçinin bildirilib ki, "MV Hondius"dan Fransaya qayıdan daha dörd fransız sərnişin təcrid olunub. Səhiyyə Nazirliyi rəhbəri qeyd edib ki, onlar "növbəti göstərişə qədər" ixtisaslaşdırılmış palatalara yerləşdiriliblər.
 

Bu sərnişinlərdə hantavirus testləri mənfi nəticə verib. Bir neçə gündən sonra onlar təkrar testdən keçəcəklər.


Stefani Rist qeyd edib ki, bu, Fransada hantavirusa ilk təsdiqlənmiş yoluxma halıdır.

Qeyd edək ki, Polşada da bir nəfər hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb.

Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə yoluxma halı qeydə alınıb və yoluxmuş şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.

Mayın 10-da gəmi İspaniyanın Tenerife adasının limanına çatıb və bundan sonra sərnişinlərin təxliyəsi əməliyyatı başlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 uçuşda təxliyə edilməsinin planlaşdırıldığını bildirib. 14 İspaniya vətəndaşından ibarət ilk sərnişin qrupu paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin