ABŞ Prezidenti Donald Tramp İranın hərbi baxımdan bərpası üçün 20 il lazım olacağını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Full Measure” proqramına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İran hərbi məğlubiyyətə uğrayıb.
“Bəlkə də onlar bunu dərk etmirlər, amma düşünürəm ki, bilirlər. Çünki mən onlarla işləyirəm. Biz heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Onlar hərbi məğlubiyyətə uğrayıblar. Onların hərbi-dəniz donanması yoxdur, hərbi-hava qüvvələri yoxdur, zenit silahları yoxdur, radarları yoxdur, liderləri yoxdur, liderləri gedib”, - deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, Vaşinqton qarşıya qoyduğu müəyyən hədəflərin böyük hissəsinə nail olub.
“Bizim yerinə yetirmək istədiyimiz müəyyən tapşırıqlar var idi və onların təxminən 70 faizini icra etdik”, - deyə Tramp əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:33 / 10.05.2026
Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO
Hazırda oxunan: Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO
Hazırda oxunan: Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO
612368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































