Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Hazırda oxunan: Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

612058

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə telefon danışığı zamanı sovet və amerikalı əsgərlərin nasizmə qarşı birlikdə necə mübarizə apardıqlarını xatırlatdıqlarını söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

"Yeri gəlmişkən, bu yaxınlarda ABŞ prezidenti ilə telefon danışığında da bu məsələni müzakirə etdik. Nasizmə qarşı birlikdə mübarizə apardığımızı və birlikdə qalib gəldiyimizi xatırladıq", - deyə o bildirib.

Putin əlavə edib ki, sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsi Rusiyanın digər ölkələrlə dialoqunda daim yüksək diqqət mərkəzindədir.

Öz növbəsində, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib ki, iki liderin söhbəti zamanı Böyük Qələbənin ildönümü şənlikləri günlərində Ukrayna ilə atəşkəs barədə razılıq əldə olunub.

Tramp daha əvvəl Rusiya və Ukraynanın mayın 9-dan 11-nə qədər atəşi dayandırmaq, həmçinin "1000-in 1000-ə" formatında hərbi əsir mübadiləsi aparmaq barədə razılığa gəldiklərini elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin