Rusiya təkcə kiməsə qarşı deyil, demək olar ki, bütün qonşularına və bütün Avropaya təhdid yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
"Hazırda Rusiya tərəfindən çoxlu yeni təhdidlər var. Biz güzgü effekti ilə (eyni şəkildə) hərəkət edəcəyik. Bu günə hücum aktivliyi ilə başlayıblar, dronlar tətbiq olunur. Dünən isə daha çox hava zərbələri endirirdilər. Sabahkı gün bugünkü eşidəcəklərimizdən asılıdır", — deyə Ukrayna lideri vurğulayıb.
Zelenskinin sözlərinə görə, dünyanın böyük hissəsinin İkinci Dünya Müharibəsi döyüşçülərini - nasistləri məğlub edənləri xatırladığı və ehtiramla yad etdiyi 8 may tarixində dərk etmək lazımdır ki, bugünkü Rusiya nasistləri öz müharibələrini davam etdirir və hələ də İkinci Dünya Müharibəsində məğlub olmuş həmin çılğın qaydaları geri qaytarmağa çalışırlar.
"Rusiya işğalına qarşı müdafiəmiz yalnız Ukrayna ilə, yalnız müstəqilliyimizlə bağlı deyil. Rusiya demək olar ki, bütün qonşularına, bütün Avropaya təhdid yaradır", — deyə o əlavə edib.
"Məhz bu cür meşələrdə, bu torpaqlarda — Dneprətrafı bölgədə, ölkəmizin şərqində, Donbasda, Xarkovda, Sumıda, həmçinin Çerniqovda ukraynalıların əvvəlki nəsilləri İkinci Dünya Müharibəsində işğalçılara qarşı vuruşublar. İndi burada bizim ukraynalı qəhrəmanlarımız xalqın həyatını və yaşamaq hüququnu qoruyurlar. Biz mütləq Ukraynanın həyatını qoruyacağıq, müstəqilliyimizi müdafiə edəcəyik — buna şübhəniz olmasın!", — deyə Zelenski vurğulayıb.
Bizim.Media


































































































