ABŞ Prezidenti Donald Trampın və Ağ Evin mətbuat katibi Kerolin Livitt ikinci dəfə ana olub.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Livitt bildirib ki, mayın 1-də Viviana adlı qızı dünyaya gəlib.
“Viviana, ya da sadəcə “Vivi” ailəmizə qoşuldu və qəlbimiz dərhal sevgi ilə doldu. O, sağlam və gözəldir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Livittin 2024-cü ildə dünyaya gələn Niko adlı oğlu var.




Bizim.Media
































































































