Hörmüz boğazının blokadaya alınmasından bəri ABŞ Silahlı Qüvvələri tərəfindən 52 kommersiya gəmisi saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
"Hazırda tələblərə riayət edilməsi məqsədilə 52 ticarət gəmisi geri döndərilib və ya limana qaytarılıb", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Vaşinqton aprelin 13-də Hörmüz boğazının blokadasını elan edib.
ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keynin sözlərinə görə, boğazın blokadaya alınması səbəbindən 1 550-dən çox gəmidə olan təxminən 22 500 dənizçi Fars körfəzini tərk edə bilmir.
Bizim.Media







































































































