İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Hazırda oxunan: İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

611622

İtaliyanın Adriatik dənizi sahilində yerləşən kiçik Punta-Marina şəhəri tovuzquşularının axınına məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “aif.ru” yerli mediaya istinadən yazır.

Jurnalistlər qeyd edirlər ki, şəhərdə məskunlaşan quş koloniyası əsl xaos yaradıb. Yerli sakinlər quşların sayının təxminən 400 olduğunu bildiriblər.

"Onlar hər yerdədir!" – deyə şəhər sakinlərindən biri deyib.
 

Tovuzquşuları yol hərəkətinə mane olur, evlərin damlarını və avtomobilləri zədələyir. İnsanlar quşların səslərindən yata bilmədikləri üçün şikayətləniblər. Punta-Marina sakinlərindən biri isə quşların səhər saat 4-dən səs salmağa başladığını və buna görə artıq şəhərdə qala bilmədiyini deyib.


Şəhər rəhbərliyi yaxın vaxtlarda tovuzquşularının siyahıyaalınmasını həyata keçirəcəyinə və problemin həllini tapacağına söz verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin