Fitso Zelenskiyə söz VERDİ: Moskvada Qələbə paradında iştirak etməyəcəyəm - FOTO

Hazırda oxunan: Fitso Zelenskiyə söz VERDİ: Moskvada Qələbə paradında iştirak etməyəcəyəm - FOTO

611230

Slovakiyanın Baş naziri Robert Fitso İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Fitso şənbə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də qısa görüş keçirəcəyini bildirib.

Slovakiya Baş naziri Moskvada Qələbə paradında iştirak etməyəcəyini açıqlayıb.
 

“Mən Qırmızı Ordunun naməlum əsgərinin məzarı üzərinə gül qoyacağam ki, slovak xalqı adından azadlığa görə minnətdarlığımı ifadə edim. Putinlə də qısa görüşüm olacaq. Vəssalam. Mən hərbi parada getmirəm. Format əvvəlki kimi olacaq”, - deyə Fitso bildirib.


Onun fikrincə, Rusiya ilə Ukrayna arasındakı münaqişə çoxdan başlayıb və müəyyən tarixi kontekstə malikdir.

“Məni hansısa vicdan əzabı çəkməyə məcbur etməyə imkan verməyəcəyəm”, - deyə Slovakiya hökumət başçısı qeyd edib.

Fitso əlavə edib ki, Avropa Siyasi Birliyinin iclasında Avropa ölkələrinin liderlərindən heç biri ona Rusiyaya planlaşdırılan səfəri ilə bağlı sual verməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin