Analitik Trampı dünyanın ən nüfuzlu şəxsi adlandırdı – VİDEO

Hazırda oxunan: Analitik Trampı dünyanın ən nüfuzlu şəxsi adlandırdı – VİDEO

611227

Biznes-analitik Ellsvort hazırda dünyanın ən nüfuzlu şəxslərinin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, analitik siyahıda birinci yerə ABŞ Prezidenti Donald Trampı qoyub.

“Əvvəla, Tramp, məncə, dünyanın ən nüfuzlu insanıdır”, - deyə Ellsvort bildirib.

Onun fikrincə, ikinci yerdə Çin lideri Si Cinpin dayanır. Lakin analitik onun təsirini hazırkı şəraitdə daha çox “mənfi təsir” kimi qiymətləndirib.

Ellsvort üçüncü sırada İran rəhbərliyini göstərib. O bildirib ki, İranın başında duran şəxsin təsiri də mənfi xarakter daşıyır.

“Hazırda daha böyük mənfi təsir İranı idarə edən şəxsdən gəlir. Ona görə də onu üçüncü yerə qoyuram”, - deyə biznes-analitik qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu siyahıda dördüncü yerdədir.

“Putin mənim üçün yəqin ki, dördüncü yerdədir. Amma mən İranı Putindən yuxarıda yerləşdirirəm”, - deyə Ellsvort əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin