Təyyarə yaşayış binasına çırpıldı: 3 nəfər öldü – VİDEO

Hazırda oxunan: Təyyarə yaşayış binasına çırpıldı: 3 nəfər öldü – VİDEO

611222

Braziliyanın Belo-Orizonti şəhərində kiçik təyyarə yaşayış binasına çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters yerli rəsmilərə və yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Göyərtəsində 5 nəfər olan təyyarə bazar ertəsi üçmərtəbəli yaşayış binasına çırpılıb.
 

Qəza nəticəsində pilot və ikinci pilot hadisə yerində ölüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 3 sərnişindən biri daha sonra dünyasını dəyişib. Digər 2 nəfərin xəstəxanada müalicəsi davam edir.



Bildirilir ki, təyyarə Pampulya hava limanından havaya qalxaraq San-Pauloya istiqamət alıb. Lakin uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Hadisə nəticəsində binada yaşayan sakinlərdən xəsarət alan olmayıb. Binanın konstruksiyasına ciddi ziyan dəymədiyi bildirilir.

Qəzanın səbəbi araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin