ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Hazırda oxunan: ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

611193

İranla müharibə fonunda ABŞ-da benzinin orta qiyməti bir qallon (3,79 litr) üçün 4,39 dollara yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
 

Nəşr qeyd edib ki, bu, 7 aprel tarixli atəşkəs elanından sonra ən böyük gündəlik artım olub. Müharibə başlayandan bəri ABŞ-da qurğuşunsuz benzinin orta qiyməti 47%-dən çox artıb, neft isə bu il təxminən 80% bahalaşıb.


Qiymət artımına səbəb kimi prezident Donald Trampın İran limanlarına qarşı blokadanı davam etdirmək niyyəti göstərilir.

Eyni zamanda analitiklər xəbərdarlıq edirlər ki, Hörmüz boğazı iyunun sonuna qədər bağlı qalsa, Brent markalı neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin