SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

Hazırda oxunan: SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

611075

İran mediası Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin iki raketlə vurulduğunu yazıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın “Fars” agentliyinə istinadən bir sıra xarici media orqanları məlumat yayıb.

Hadisə Cask adası yaxınlığında baş verib. Bildirilir ki, ABŞ hərbi gəmisi İran tərəfinin xəbərdarlığına məhəl qoymadan Hörmüz boğazına daxil olmağa çalışıb.

İran mediasının iddiasına əsasən, bundan sonra gəmiyə iki raket atılıb. Gəminin zərbə aldıqdan sonra ərazidən uzaqlaşdığı bildirilir.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
 

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı — CENTCOM mayın 4-dən Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətini bərpa etmək məqsədilə “Project Freedom” əməliyyatına dəstək verəcəyini açıqlamışdı.


Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi də BƏƏ-nin Fuceyrə şəhərindən şimalda tankerin naməlum mərmilərlə vurulduğunu bildirmişdi. Ekipajın təhlükəsiz olduğu açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin