Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Hazırda oxunan: Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

610858

Ukraynanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları ilə endirilən zərbələrdən sonra güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Məlumata görə, yanğın Çernomorsk şəhərində qeydə alınıb. Bundan əvvəl yerli sakinlər partlayış səsləri eşidiblər.
 

Bundan başqa, Ukraynanın Sumı vilayəti də hücuma məruz qalıb. Vilayət hərbi administrasiyasının məlumatına görə, Konotop şəhərində infrastruktur obyektinə zərbə qeydə alınıb.


Paytaxt Kiyevdə də partlayış səsləri eşidilib. Şəhər meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin