Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

Hazırda oxunan: Sibiqa: Ukrayna Rusiyadan ATƏŞKƏS barədə təklif almayıb

610638

Ukrayna 9 mayda atəşkəslə bağlı Rusiyadan rəsmi təkliflər almayıb.

Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərə bildirib.

"Bu, rusların amerikalıların xoşuna gəlmək üçün növbəti cəhdidir. Konstruktivizmin hansısa elementini göstərməkdir. Volodimir Zelenski açıq şəkildə bildirib ki, hazırda Ukrayna tərəfi onlardan heç bir təklif almayıb", – o qeyd edib.

Sibiqanın sözlərinə görə, Ukrayna sülh səylərinə sadiqdir və şərtsiz atəşkəsə hazırdır, lakin hazırda Rusiya tərəfindən müvafiq təkliflər gəlməyib.

Qeyd edək ki, aprelin 29-da ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub. Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi zamanı Trampa 9 mayda atəşkəs elan etməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin