İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Hazırda oxunan: İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

609755

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İranın üçmərhələli danışıqlar aparmaq təklifini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı məlumat verib.

“Təsdiq edə bilərəm ki, prezident bu səhər öz milli təhlükəsizlik komandası ilə görüşüb... Təklif müzakirə olunub”, — deyə Levitt bildirib.
 

"Axios" nəşri yazır ki, İran vasitəçilər vasitəsilə ABŞ-a müharibənin dayandırılması və Hörmüz boğazının açılması formulunu təklif edib. Bununla belə, Tehran öz nüvə proqramının müzakirəsini sonraya saxlamaq istəyir.


"Al Mayadeen"in məlumatına görə, təklif olunan “üçpilləli nizamlanma planı” ilk növbədə döyüşlərin dayandırılmasını və boğazın gələcəyinin müzakirəsini nəzərdə tutur. İranın nüvə məsələsinə isə yalnız bu məsələlər üzrə razılıq əldə olunduqdan sonra keçid ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin